• $
  • £

Doqquz ayda minə yaxın afrikalı meymunçiçəyi virusundan ölüb

Doqquz ayda minə yaxın afrikalı meymunçiçəyi virusundan ölüb
07.10.2024 08:59
2024-cü ilin doqquz ayında Afrikada minə yaxın şəxs meymunçiçəyi virusundan ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 
 
Bildirilib ki, hesabat dövründə 35 mindən çox yoluxma halı qeydə alınıb.  
 
Təkcə sentyabrın 23-dən 29-dək həftə ərzində yoluxanların sayı 4 098, ölənlərin sayı isə 156 nəfər artıb.

Sentyabrın 9-da Azərbaycan hökuməti Prezident Administrasiyasının tapşırığına əsasən ölkə ərazisində meymunçiçəyi virusunun qarşısının alınması istiqamətində profilaktik tədbirlərin icra olunmasını müzakirə edib.

Hazırda bir çox ölkələrdə "Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, ölkə ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.


2024-cü ilin səkkiz ayında Afrika ölkələrində meymunçiçəyi virusuna 22,8 min nəfər yoluxub.
 
Bildlrilib ki, bu dövr ərzində 622 nəfər ölüb. Yoluxma hallarının son 1 həftə ərzində 2 dəfə artdığı deyilir. 
 
Bundan əvvəl ÜST açıqlama verərək bildirib ki, meymunçiçəyi ilə mübarizə planı (mpox) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.
 
Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. 
 
Meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir və  insana əsasən heyvandan keçir.


Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişir və 2-4 həftə davam edir.
 
Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

Məlumat görə,  infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
 


Aytac 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran KİV sabiq prezidentin ölüm xəbərini təkzib edib - Yenilənib
Dünya 19:05
İran KİV sabiq prezidentin ölüm xəbərini təkzib edib - Yenilənib
Ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihad elan etdi
Dünya 18:27
Ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihad elan etdi
Pezeşkian xalqa müraciət edib - Video
Dünya 18:05
Pezeşkian xalqa müraciət edib - Video
İran raketinin vurduğu tanker Hörmüz boğazında batdı
Dünya 16:38
İran raketinin vurduğu tanker Hörmüz boğazında batdı
Qumda “qisas bayrağı” qaldırıldı
Dünya 15:58
Qumda “qisas bayrağı” qaldırıldı
Ayətullah Əli Rza Arafi İran Ali Liderinin müvəqqəti səlahiyyətlərini icra edəcək
Dünya 14:15
Ayətullah Əli Rza Arafi İran Ali Liderinin müvəqqəti səlahiyyətlərini icra edəcək
İran Hörmüz boğazını açıb - Yenilənib
Dünya 13:30
İran Hörmüz boğazını açıb - Yenilənib
İraqda Xameneyinin ölümü ilə əlaqədar üçgünlük matəm elan edildi
Dünya 13:14
İraqda Xameneyinin ölümü ilə əlaqədar üçgünlük matəm elan edildi
İsrail Tehrana hava zərbəsi endirir
Dünya 12:42
İsrail Tehrana hava zərbəsi endirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol