• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Trampın keçmiş müşaviri həbsdən çıxıb

Trampın keçmiş müşaviri həbsdən çıxıb
29.10.2024 20:58
ABŞ-də Donald Trampın keçmiş müşaviri Stiv Bannon həbsdən çıxıb.Bu barədə "İnterfaks” məlumat yayıb.

Bannon ABŞ Konqresinə hörmətsizlikdə ittiham olunaraq dörd ay həbsdə qalıb. O, ABŞ-də 6 yanvar 2021-ci ildə baş verən Kapitoli basqını ilə əlaqədar dinləmələrə qatılmaqdan imtina edilib.

Həbsxanadan çıxdıqda onu qızı Morin və jurnalistlər qarşılayıb. Mətbuata açıqlamasında Bannon bildirib ki, həbsdə keçirdiyi zaman onu sarsıtmaq əvəzinə, qətiyyət verib.
 
1 iyulda Bannon bəyan etmişdi ki, Tramp seçkilərdə qalib gəlsə, bəzi yüksək vəzifəli ABŞ rəsmilərinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı araşdırma başladacaq.

"Politico"nun məlumatına görə, həmin siyahıya FTB-nin keçmiş müvəqqəti direktoru Endryu Makkeyb, FTB-nin keçmiş direktoru Ceyms Komi, keçmiş müdafiə naziri Mark Esper, keçmiş baş prokuror Uilyam Barr və Baş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib
Dünya 09:41
Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib
İran Rusiyanın strateji limanına tam nəzarəti əldə edə bilər
Dünya 09:38
İran Rusiyanın strateji limanına tam nəzarəti əldə edə bilər
Netanyahu Trampla görüşmək üçün Vaşinqtona gedəcək
Dünya 09:21
Netanyahu Trampla görüşmək üçün Vaşinqtona gedəcək
Rusiyalı rəsmi şəxslər və səfirlər Kadyrovun oğlunun toyunda iştirak edib
Dünya 09:12
Rusiyalı rəsmi şəxslər və səfirlər Kadyrovun oğlunun toyunda iştirak edib
Türkiyədə Məhəmməd peyğəmbərin karikaturasına görə cinayət işi açılıb
Dünya 08:58
Türkiyədə Məhəmməd peyğəmbərin karikaturasına görə cinayət işi açılıb
London məhkəməsi İsrailə F-35 hissələrinin ixracına etirazı rədd edib
Dünya 08:46
London məhkəməsi İsrailə F-35 hissələrinin ixracına etirazı rədd edib
Hakerlər Trampın müttəfiqlərindən oğurlanmış məktubları yaymaqla hədələyir
Dünya 08:42
Hakerlər Trampın müttəfiqlərindən oğurlanmış məktubları yaymaqla hədələyir
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol