• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Rusiyanın müharibə aparmaq üçün pul ehtiyatları tükənir

Rusiyanın müharibə aparmaq üçün pul ehtiyatları tükənir
30.10.2024 14:56

Rusiya hakimiyyətinin maliyyə sahəsində manevr imkanları tükənməkdədir. Qərbin Moskvanın gəlir əldə etməsinə imkan verən sanksiyalardakı boşluqları bağlayaraq Ukrayna müharibəsinin sonunu yaxınlaşdırmaq üçün  şansı var. Bu barədə  Politico yazır.


Demokratiyaların Müdafiəsi Fondunun baş elmi işçisi Piter Doran Politico-da dərc olunan məqaləsində bildirir ki, Vladimir Putinin 2025-ci il üçün  436 milyard dollar həcmində nəzərdə tutulan dövlət xərclərinin 145 milyard dollarını müdafiəyə yönləndirməyi planlaşdırır. Bu, Rusiyanın ÜDM-nin 6,3%-dən çoxunu təşkil edir ki, bu da Soyuq Müharibədən bəri ən yüksək göstəricidir. 


Politico yazır ki, Rusiyanın büdcə problemi hökumətin müharibə ilə bağlı xərcləri qarşılamaq üçün kifayət qədər vəsait əldə edə bilməməsidir. Kreml 2023-cü ili təxminən 34 milyard dollarlıq büdcə kəsiri ilə bağlamaq məcburiyyətində olub. 


Sanksiyalar səbəbindən Moskva beynəlxalq borclar hesabına maliyyə hesabatını tarazlaya bilmir və daxili kreditorlara 10 illik istiqrazlar üzrə 16%-ə qədər yüksək faizlə ödəniş etməyə məcbur qalır. Bundan əlavə, hökumət "qara gün" üçün saxladığı Milli Rifah Fondu da tükənmək üzrədir. 


Normal şəraitdə Rusiya Milli Rifah Fondunun iki məqsədi var - yaxşı dövrlərdə artıq vergi gəlirlərini saxlamaq və vəziyyət pisləşdikdə aşağı neft qiymətlərinə qarşı sığorta etmək. Ancaq son vaxtlar Kreml müharibəni maliyyələşdirmək üçün fonddakı vəsaitlərdən istifadə edir. . 2021-ci ildə onun likvidliyi 117 milyard dollar idisə  bu gün həmin vəsaitdən 55 milyard dollar qalıb.


Avropa və ABŞ üçün bu, Rusiyaya daha güclü təzyiq göstərmək imkanıdır.

 

Ekspertin sözlərinə görə, bunu etmək üçün ən sürətli yol Rusiya neftinin qiymət tavanını 30 dollara endirmək və Çində, Hindistanda, Türkiyədə, Avropada və ABŞ-da qeyri-qanuni alıcılara qarşı sanksiyaları sərtləşdirməkdir. Hazırkı Qərb qaydalarında Moskva bir boşluq tapıb və ondan fəal şəkildə istifadə edir ki, bu da ona gəlir əldə etməyə imkan verir.


Moskva aylıq təxminən 9 milyard dollar vergi gəliri, o cümlədən təxminən 1 milyard dolları AB-dən olmaqla enerji satışlarından qazanır.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Лавров: США вытесняют Россию со всех энергорынков
Dünya 21:00
Лавров: США вытесняют Россию со всех энергорынков
Dubayda hotel qiymətləri 70% ucuzlaşıb
Dünya 20:00
Dubayda hotel qiymətləri 70% ucuzlaşıb
İraq bütün neft yataqlarında fors-major elan edib
Dünya 19:30
İraq bütün neft yataqlarında fors-major elan edib
Polşa Ali İnzibati Məhkəməsi xaricdə bağlanmış eynicinsli nikahları tanıyacaq
Dünya 18:30
Polşa Ali İnzibati Məhkəməsi xaricdə bağlanmış eynicinsli nikahları tanıyacaq
Çin rəqəmsal yuan şəbəkəsini genişləndirir
Dünya 18:00
Çin rəqəmsal yuan şəbəkəsini genişləndirir
CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib
Dünya 17:32
CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib
ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib
Dünya 15:03
ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib
İran ABŞ-ı “qalib” iddialarında tənqid edib
Dünya 13:01
İran ABŞ-ı “qalib” iddialarında tənqid edib
İran Hind Okeanında ABŞ-Britaniya hərbi bazasına raket atıb
Dünya 10:57
İran Hind Okeanında ABŞ-Britaniya hərbi bazasına raket atıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol