• $
  • £

Rusiya Moldovadakı seçkiləri qeyri-demokratik adlandırıb

Rusiya Moldovadakı seçkiləri qeyri-demokratik adlandırıb
04.11.2024 23:13
Moldovada seçkilər tarixin ən qeyri-demokratik seçkiləri olub.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı şərhində bildirib.

Onun sözlərinə görə, bu, Moldova müstəqilliyinin bütün illərində mübaliğəsiz ən qeyri-demokratik seçki kampaniyası olub.Moldova hakimiyyəti seçkilərdə çoxsaylı saxtakarlıqlara yol verib:

"Hakimiyyət tərəfindən müxalifətə və müstəqil mediaya, xüsusən də rusdilli mediaya qarşı misli görünməmiş repressiyalar həyata keçirilib. Qərb ölkələrinin seçki prosesinə aşkar müdaxiləsi olub. Hakimiyyət orqanları tərəfindən inzibati resurslardan geniş miqyasda istifadə olunub.
Rəsmi Kişinyovun Rusiyada yaşayan moldovalı seçicilərə qarşı ayrı-seçkiliyi xüsusi qeyd edilməlidir. Ölkəmizdə sayı müxtəlif hesablamalara görə 500 min nəfərə çatan Moldova diasporu üçün birinci turda olduğu kimi cəmi iki seçki məntəqəsi açılıb. Müqayisə üçün: 500 minə yaxın moldovanın da yaşadığı Qərbi Avropa və Şimali Amerikada 200-dən çox seçki məntəqəsi yaradılıb və bir sıra ölkələrdə Moldova vətəndaşlarına poçt vasitəsilə səs verməyə icazə verilib”.

Rusiya XİN rəsmisi vurğulayıb ki, Maia Sandunun seçkilərdə qələbəsi Qərb ölkələrindəki diasporaların səsləri ilə təmin edilib.Moldova hakimiyyəti Rusiya Federasiyası ilə əlaqələri dəstəkləyən vətəndaşların maraqlarını nəzərə almalıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün İranda Ali Liderin seçilməsi üçün iclas keçiriləcək
Dünya 10:52
Bu gün İranda Ali Liderin seçilməsi üçün iclas keçiriləcək
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi öldürülüb
Dünya 10:50
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi öldürülüb
Tramp İrana xəbərdarlıq etdi
Dünya 10:01
Tramp İrana xəbərdarlıq etdi
SEPAH-ın yeni baş komandanı məlum olub
Dünya 09:17
SEPAH-ın yeni baş komandanı məlum olub
SEPAH Xameneinin öldürülməsinə cavab olaraq geniş əməliyyatlara başlayır
Dünya 09:03
SEPAH Xameneinin öldürülməsinə cavab olaraq geniş əməliyyatlara başlayır
İran Dövlət Televiziyası Şamxani və Pakpurun ölümünü təsdiqləyib
Dünya 08:54
İran Dövlət Televiziyası Şamxani və Pakpurun ölümünü təsdiqləyib
İran Xameneinin ölümünü təsdiqlədi
Dünya 05:49
İran Xameneinin ölümünü təsdiqlədi
Xameneinin rəsmi hesabında bu foto paylaşıldı
Dünya 04:32
Xameneinin rəsmi hesabında bu foto paylaşıldı
İran Dubay aeroportuna zərbə endirib, yaralılar var - Video
Dünya 04:11
İran Dubay aeroportuna zərbə endirib, yaralılar var - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol