Ərdoğan NATO baş katibi ilə danışıb
![Ərdoğan NATO baş katibi ilə danışıb Ərdoğan NATO baş katibi ilə danışıb](https://anews.az/photo/850x500/2024-12/1733821772_erdoan.jpeg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Ryutte ilə Suriyadakı vəziyyəti müzakirə edib.
Türkiyə liderinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Ərdoğan münaqişənin əvvəllərindən etibarən Ankaranın Suriyanın ərazi bütövlüyünün və sabitliyinin qorunmasının tərəfdarı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Suriya xalqı öz ölkələrinin gələcəyini özü müəyyən etməlidir.
Ərdoğan, həmçinin, Türkiyənin "birləşmiş və terrorçulardan azad bir Suriya" qurmaq üçün bütün səylərini davam etdirəcəyini qeyd edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər