• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ukrayna daha iki şəhəri itirə bilər

Ukrayna daha iki şəhəri itirə bilər
13.12.2024 17:34
Ukrayna yaxın zamanda Donetsk vilayətində yerləşən Pokrovsk və Kuraxovo şəhərlərini Rusiya qoşunlarının hücumu nəticəsində itirə bilər. Bu barədə Bild qəzetinin redaktoru Kristofer Bul yazıb.

Ukrayna hərbi müşahidəçilərinin məlumatına görə, Kuraxovonun cənubunda Ukrayna Silahlı Qüvvələrinin qruplaşması mühasirə təhlükəsi ilə üz-üzədir. Kiyevdəki Baş Qərargah bu ərazidə şiddətli döyüşlərin davam etdiyini bildirir, lakin döyüşlərin gedişi ilə bağlı daha ətraflı məlumat verilmir. 

Pokrovskda (Kuraxovonun 45 km şimalında) vəziyyət daha dramatikdir.
 
Ukrayna hərbçiləri yaxınlarda şəhər ətrafında bir neçə mövqeyi itirdiklərini bildiriblər.
 
Pro-Rusiya bloqçusu Yuri Podolyakanın məlumatına görə, Rusiya qoşunları artıq şəhərdən 1,5 km məsafədə yerləşir və şəhərin içində rus diversiya-kəşfiyyat qrupları fəaliyyət göstərir.

Pokrovskun (Ukrayna Silahlı Qüvvələrinin əsas logistik mərkəzlərindən biri) itirilməsi son aylarda Kiyev üçün ən ciddi məğlubiyyətlərdən biri ola bilər. Şəhərin ələ keçirilməsi Rusiya qoşunlarına düşmən təchizat xətlərini pozmağa və hücumu davam etdirməyə imkan yaradacaq.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə qadın 1 yaşlı körpəsini dənizə atıb
Dünya 00:08
Türkiyədə qadın 1 yaşlı körpəsini dənizə atıb
Rusiya 2021-ci ildə həbs edilən amerikalını azad edir
Dünya 22:50
Rusiya 2021-ci ildə həbs edilən amerikalını azad edir
Ukrayna Avropaya qaz təklifi edib
Dünya 22:00
Ukrayna Avropaya qaz təklifi edib
ABŞ-nin maliyyə naziri Ukraynaya səfər edəcək
Dünya 21:48
ABŞ-nin maliyyə naziri Ukraynaya səfər edəcək
Türkiyədə bələdiyyə sədrləri həbs olunub
Dünya 21:44
Türkiyədə bələdiyyə sədrləri həbs olunub
İsrail Qəzza müharibəsi yenidən başlaya bilər
Dünya 21:35
İsrail Qəzza müharibəsi yenidən başlaya bilər
Makronun Modinin əlini sıxmamasının səbəbi məlum olub
Dünya 21:29
Makronun Modinin əlini sıxmamasının səbəbi məlum olub
Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib
Dünya 21:23
Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib
İlie Bolojanı Rumıniyanın müvəqqəti prezidenti təyin olunub
Dünya 20:54
İlie Bolojanı Rumıniyanın müvəqqəti prezidenti təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol