Ermənistanın KTMT-yə üzvlüyünü dayandırmaq böyük səhvdir - Bordyuja
![Ermənistanın KTMT-yə üzvlüyünü dayandırmaq böyük səhvdir - Bordyuja Ermənistanın KTMT-yə üzvlüyünü dayandırmaq böyük səhvdir - Bordyuja](https://anews.az/photo/850x500/2024-12/1734328765_1734328742_1733469355_1732708893_1730351892_1730351874_1728041513_1726648459_080524c4ad40c8957d4ecc816523199cac2bc7-2.jpeg)
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırması böyük səhvdir, İrəvan həmişə Moskvadan və təşkilat üzvlərindən böyük yardım alıb. Bu barədə 2003-2016-cı illərdə KTMT-nin baş katibi vəzifəsini tutmuş Nikolay Bordyuja TASS- a müsahibəsində bildirib.
www.anews.az
Bundan əvvəl Veronada keçirilən XVII Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti-yə bildirib ki, Ermənistanın 2025-ci ilin sonuna qədər KTMT-yə üzvlük haqqı borcu ola bilər.
Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında respublikanın KTMT-də iştirakını dondurduğunu bəyan etmişdi.
Dekabrın 4-də Paşinyan bildirib ki, Ermənistanın KTMT-yə qayıtması getdikcə çətinləşir, hətta mümkün deyil.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)