2024-cü ildə Telegram gəlirləri 1 milyard dolları ötüb
![2024-cü ildə Telegram gəlirləri 1 milyard dolları ötüb 2024-cü ildə Telegram gəlirləri 1 milyard dolları ötüb](https://anews.az/photo/850x500/2024-12/1734960378_download-5.jpeg)
2024-cü ildə Telegramın ümumi gəliri 1 milyard dollardan çox olacaq. Bu barədə messencerin təsisçisi Pavel Durov rəsmi hesabında yazıb.
"3 illik monetizasiya tarixində ilk dəfə olaraq Telegram gəlirli oldu. 2024-cü ildə Telegram-ın ümumi gəliri 1 milyard dolları ötüb və biz ili kripto aktivləri nəzərə almasaq, 500 milyon dollardan çox pul ehtiyatı ilə bağlayırıq", Durov bildirib.
Durov bildirib ki, Telegram Premium abunəçilərinin sayı 12 milyonu ötüb. O əlavə edib ki, 2024-cü il messencer üçün çox uğurludur.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)