• $ 1.7
  • € 1.9315
  • ₽ 2.042
  • ₺ 0.0446
  • £ 2.2456

Səudiyyə Ərəbistanı nüvə proqramını təsdiqləyib

Səudiyyə Ərəbistanı nüvə proqramını təsdiqləyib
15.01.2025 18:07
Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi və satışı ilə məşğul olmağı planlaşdırır, Əl-Cəzirə ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir.
 
Departamentin rəhbəri şahzadə Əbdüləziz bin Salman əl-Səud bazar ertəsi Dhahranda keçirilən konfransda deyib ki, bu, təbii sərvətlərin pula çevrilməsi strategiyasının bir hissəsidir.

Səudiyyə Ərəbistan bu yaxınlarda nüvə proqramını inkişaf etdirməyə başlayıb və uranın zənginləşdirilməsi ilə məşğul olmağı planlaşdırır ki, bu da nəzəri cəhətdən nüvə silahının yaradılmasına gətirib çıxara biləcəyi üçün beynəlxalq arenada həssas məsələdir.
 
Bununla belə, Ər-Riyad enerji sektorunu şaxələndirmək üçün nüvə proqramı hazırladığını vurğulayaraq bu cür ehtimalları təkzib edir.

Lakin 2018-ci ildə vəliəhd Məhəmməd bin Salman rəqibi İranın nüvə silahı əldə etməsi halında KSA-nın nüvə silahı əldə etməyə çalışacağını bildirib.

Səudiyyə Ərəbistanı ilk nüvə reaktorunu işə salsa, o, az inkişaf etmiş ölkələrdə nüvə enerjisinin inkişafını asanlaşdıran Kiçik Miqdarlar Protokolu çərçivəsində MAQATE-nin bir çox öhdəliklərindən və yoxlamalarından xilas olacaq.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Azərbaycanla sərhədə gəlib
Dünya 23:55
Paşinyan Azərbaycanla sərhədə gəlib
Ermənistanda yayımlanan Rusiya telekanallarının sayı azaldılır
Dünya 23:50
Ermənistanda yayımlanan Rusiya telekanallarının sayı azaldılır
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
Dünya 20:23
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
Sabah Rusiya və Ukrayna əsir mübadiləsi edəcək
Dünya 19:30
Sabah Rusiya və Ukrayna əsir mübadiləsi edəcək
Uitkoff Parisdə "Mossad"ın rəhbəri ilə görüşüb - KİV
Dünya 19:07
Uitkoff Parisdə "Mossad"ın rəhbəri ilə görüşüb - KİV
ABŞ Çin mallarına rüsumları azalda bilər-Tramp
Dünya 10:18
ABŞ Çin mallarına rüsumları azalda bilər-Tramp
Qəzzaya zərbələr nəticəsində daha 17 nəfər ölüb
Dünya 10:11
Qəzzaya zərbələr nəticəsində daha 17 nəfər ölüb
Ukrayna danışıqlarının növbəti mərhələsi aprelin sonu baş tutacaq - Makron
Dünya 09:35
Ukrayna danışıqlarının növbəti mərhələsi aprelin sonu baş tutacaq - Makron
ABŞ Suriyadakı üç bazasını bağlayacaq
Dünya 09:32
ABŞ Suriyadakı üç bazasını bağlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol