Türkiyədə qadın 1 yaşlı körpəsini dənizə atıb
![Türkiyədə qadın 1 yaşlı körpəsini dənizə atıb Türkiyədə qadın 1 yaşlı körpəsini dənizə atıb](https://anews.az/photo/850x500/2025/02/12/1739307640_screenshot_3-1.jpg)
Türkiyənin İzmir şəhərində qadın bir yaşlı uşağını dənizə atıb.Bu barədə "Habertürk" məlumat verib.
Hadisə Bengiler rayonunda baş verib. 30 yaşlı Kevser C. körpəsi ilə birlikdə dənizə girərək onu suya atıb. Hadisə şahidləri dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər və qadın saxlanılıb.
Uşaq sudan çıxarılaraq xəstəxanaya çatdırılıb, vəziyyəti kritik qiymətləndirilir.
Polis qadının psixi pozğunluğu olduğunu,saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə həbs edildiyini bildirib.
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)