Paşinyan ABŞ səfərini səmərəli adlandlrlb
Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtona səfərinin və ABŞ-ın vitse-prezidenti Ceyms Di Venslə görüşünün "səmərəli" olduğunu bildirib. Bu barədə o, Ermənistan parlamentində çıxışı zamanı bildirib.
"Əvvəldən görüşlər Ağ Evdə planlaşdırılmamışdı, lakin sonradan qarşılıqlı maraq yarandı və biz görüşdük. Mən səfəri və görüşü effektiv hesab edirəm”, – Paşinyan qeyd edib.
Paşinyan fevralın əvvəlində ABŞ-a səfər edib və dini məsələlərə həsr olunmuş forumda iştirak edib.
Rəsmi Youtube kanalımız