Türkiyə 7 terrorçunu məhv edib

Türkiyə ordusu İraq və Suriyanın şimalında 3 PKK, "Barış pınarı" bölgəsində isə 4 PKK/YPG terrorçusu öldürülüb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat İraqın şimalındakı Haftanin və Pəncə-Kilid əməliyyat bölgələrində baş tutub.
Daha əvvəl İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.
Nazirlik terror hədəfləri tam məhv edilənədək əməliyyatları davam etdirəcəyini açıqlayıb.
Aytac Zeynalova