Rusiya Münhen Təhlükəsizlik Konfransına dəvət olunmayıb

Rusiya Münhen Təhlükəsizlik Konfransına dəvət olunmayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova krçirdiyi brifinqdə bildirib.
O bildirirb ki, bundan başqa Münhen təhlükəsizlik konfransında Rusiya Xarici İşlər Nazirliyinin və digər qurumların nümayəndələri iştirak etməyəcək.
Münhen Təhlükəsizlik Konfransı fevralın 16-dək davam edəcək konfransda beynəlxalq təhlükəsizlik və xarici siyasətlə bağlı ən vacib çağırışlar müzakirə olunacaq.
Yanvarda ABŞ-da yeni administrasiya fəaliyyətə başlayıb, Avropa İttifaqında yeni qanunvericilik dövrü başlayır, Almaniyada isə konfransdan cəmi bir həftə sonra növbədənkənar federal seçkilər keçiriləcək.
Aytac