TikTok Tətbiqi App Store və Google Play-ə qaytarılıb

“Apple”ın “App Store” və “Google Play” şirkətləri ABŞ- da istifadəçilər üçün “TikTok” tətbiqi bloklandıqdan sonra onu bərpa edib. Bu barədə Bloomberg məlumat yayıb.
Nəşr qeyd edir ki, tətbiq ABŞ-ın baş prokuroru Pam Bondinin sosial şəbəkəyə qoyulan qadağanın dərhal həyata keçirilməyəcəyinə dair zəmanət məktubundan sonra bərpa edilib.
Agentlik vurğulayır ki, tətbiqin ABŞ-da uzun müddət ərzində fəaliyyətini davam etdirəcəyinə hələ də zəmanət yoxdur.
Bundan əvvəl The Washington Post, TikTok-un sahibinin ABŞ-ın Çinə qarşı tarifləri tətbiq etməsi fonunda satışla bağlı danışıqları gecikdirdiyini yazmışdı.
Yanvarın 19-da TikTok ABŞ-da bloklanıb.
Xidmət Apple mağazasından itib və tətbiqin özünə daxil olmaq istəyərkən bir elan çıxıb: "ABŞ-da TikTok-u qadağan edən qanun qüvvəyə minib." Lakin 12 saatdan sonra prezident Donald Trampın xidməti bərpa edəcəyinə söz verdikdən sonra o, yenidən işə salınıb.
Tramp vəzifəyə gəldikdən sonra TikTok-a dair sərəncam imzalayıb və sosial şəbəkəyə qoyulan qadağanı 75 gün gecikdirib. Sənəddə videoservisin 50%-nin amerikalı investorlara satılacağı təqdirdə platformanın ABŞ-da fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
Gülnar