Türkiyə Zelenskini Rusiya ilə danışıqlar masasına oturmağa çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə hakimiyyətinin tövsiyələrini dinləməli və Rusiya ilə danışıqlar masasına oturmalıdır. Bu barədə Türkiyənin “Milliyet” nəşri yazır.
“Yəni bu, Türkiyənin əvvəldən təbliğ etdiyi və hər iki tərəfə verdiyi mesajdır. Ümid edirəm ki, Zelenski bu dəfə Türkiyəni dinləyəcək”, - nəşr yazır.
Ukrayna ilə Rusiya arasında danışıqlar başlasa, bütün dünya bundan faydalanacaq.
Fevralın 12-də Tramp və Rusiya prezidenti Vladimir Putin danışıqlar aparıb və şəxsən görüşmək barədə razılığa gəliblər. Bu, Respublikaçıların ikinci müddətində iki dövlət başçısı arasında ilk rəsmi dialoqdur. Telefon danışığı 1,5 saat davam edib. Tramp Putinin ABŞ- a səfərini səbirsizliklə gözlədiyini bildirib və liderlərin görüşünün Səudiyyə Ərəbistanında baş tuta biləcəyini də deyib. Putin də öz növbəsində amerikalı siyasətçini Moskvaya dəvət edib .
Fevralın 16-da məlum olub ki, Rusiya nümayəndə heyətinin iştirakı ilə Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar fevralın 18-də Ər- Riyadda aparılmalıdır . Fevralın 17-də Tramp “çox yaxında” Səudiyyə Ərəbistanında Putinlə görüşə biləcəyini deyib.
Gülnar