Fransa idman tədbirlərində hicaba qadağa qoya bilər

Fransa Senatı 18 fevralda idman tədbirlərində hicab, niqab və digər dini simvolların qadağan edilməsi haqqında qanun layihəsini müzakirə etməyi planlaşdırır.Bu barədə "Le Point" nəşri məlumat yayıb.
"Senat idman yarışlarında dini simvolların geyinilməsinin qadağan edilməsini təklif edən layihəni müzakirə edəcək", - məlumatda deyilir.
Qanun layihəsinin birinci maddəsi idman yarışlarında dini simvolların qadağan edilməsinə aiddir. Mədəniyyət, təhsil, kommunikasiya və idman komitəsi bildirir ki, bu tədbir yalnız regional və milli yarışlara tətbiq oluna bilər. Bu qadağa həmçinin dini xarakterli geyimləri də əhatə edəcək.
Qanun layihəsinin ikinci maddəsi idman obyektlərinin dini məqsədlər üçün, məsələn, dua etmək üçün istifadəsini qadağan edir. Üçüncü maddədə isə hovuzlarda və digər ictimai yerlərdə dini geyimlərin geyinilməsinin qadağan edilməsi nəzərdə tutulur.