Dənizin dibindən 100 kq kokain tapılıb

Baltik dənizinin dibində 100 kq kokain aşkar edilib. Bu barədə Radio Qdansk xəbər verib.
Bildirilir ki, narkotiklər Polşa sakinləri üçün nəzərdə tutulub .
Bir müddət əvvəl sərhəd xidməti külli miqdarda narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupla rastlaşıb. Müəyyən edilib ki, qadağan olunmuş maddələr dəniz yolu ilə Polşaya gətirilir. Nəticədə qara bazarda dəyəri təxminən 60 milyon zlotiyə bərabər olan böyük partiya - 100 kq-dan çox kokain Qdansk körfəzi ərazisində dənizin dibindən çıxarılıb.
Artıq 7 nəfər qaçaqmalçılıqda şübhəli bilinərək həbs edilib, onlar mütəşəkkil cinayətkar qrupda iştirakda, külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasında və Polşaya idxalında ittiham olunublar. Təqsirli bilinənləri 20 ilə qədər həbs gözləyir. Sərhədçilər bu işdə növbəti həbslərin olacağını istisna etmirlər.
Aytac