Çin və Rusiya qlobal sabitlik üçün əsas rol oynayır - Lavrov

Rusiya-Çin münasibətləri qlobal sabitliyin getdikcə daha vacib amilinə çevrilib. Bunu Rusiyanın xarici işlər naziri Lavrov çinli həmkarı Vanq Yi ilə görüşündə bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yohannesburqda keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşündə Rusiya-Çin münasibətlərinin qlobal sabitlik üçün əhəmiyyətinə diqqət çəkib.
"Yeni ilin başlanğıcı, şübhəsiz ki, münasibətlərimiz üçün çox məhsuldar oldu. Şübhə yoxdur ki, 2025-ci ildə Prezident Vladimir Putinin və Prezident Si Cinpinin tapşırıqlarına, o cümlədən son danışıqlara əsaslanan gələcək iş öz bəhrəsini verəcək",- Lavrov vurğulayıb.
Aytac
Son xəbərlər
Daha çox 