ABŞ BMT-dən çıxmaq üçün ilk addımını atıb

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatından (BMT) tamamilə çıxması haqqında qanun layihəsi təqdim edilib. Bu barədə "Ria" məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidenti Donald Tramp fevralın 4-də ABŞ-ın BMT-də iştirakını yenidən qiymətləndirmək üçün fərman imzalayıb, təşkilatın zəif idarə olunduğunu və öz işini görmədiyini açıqlayıb.
“Prezident Birləşmiş Millətlər Təşkilatında, eləcə də bu təşkilatla rəsmi əlaqədə olan istənilən orqanlarda, ixtisaslaşmış qurumlarda, komissiyalarda və digər orqanlarda Birləşmiş Ştatların üzvlüyünü tamamilə ləğv edir",- məlumatda qeyd olunub.
Sənəd BMT və onun agentliklərinin maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutur, həmçinin Senatın təsdiqi olmadan təşkilata yenidən daxil olmağı qadağan edir.
Bundan əlavə, ABŞ-ın BMT-nin sülhməramlı missiyalarında iştirakına qadağa qoyulacaq.
Aytac Zeynalova