Avropada ən güclü ordu Ukrayna və Türkiyədədir - Zelenski

Avropanın ən güclü orduları Ukrayna və Türkiyədir. Bunu Ukraynanın prezidenti Zelenski deyib.
"Bu günün reallığı budur və buna görə də Türkiyənin təminatları böyük əhəmiyyət kəsb edir”, - o bildirib.
Bir neçə gün öncə Ukrayna prezidenti Zelenski Türkiyədə Ərdoğanla görüşüb. Zelenskinin Ərdoğanla eyni çəkir altında çəkilən fotosu dünyanın aparıcı medialarının əsas xəbəri olub.
Ərdoğan da qeyd edib ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün ən önəmli yer Türkiyə ola bilər.
Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralından münaqişə davam edir. Hazırda iki ölkənin sülh bağlaması üçün Trampla danışıqlar gözlənilir.
Aytac