Çin tək şarjla 160 gün işləyən smartfon təqdim edib

Çinin “Oukitel” şirkəti 33 000 milliamper/saat tutumlu akkumulyatoru və digər xüsusiyyətləri ilə rəqiblərindən fərqlənən qeyri-adi “gəzinti” smartfonu WP100 Titan təqdim edib. Bu barədə “Habr” portalı məlumat yayıb.
Oukitel WP100 Titan enerjiyə qənaət edən MediaTek Dimensity 7300 çipi, 16 QB əməli yaddaş, 512 QB yaddaş və 120 Hz yeniləmə tezliyi olan 6,8 düymlük ekranla təchiz edilib.
Qurğunun arxa tərəfində 1200 lümenli LED fənər var, qacetdə başqa yüklər olmadıqda 150 saata qədər işləyə bilir. Smartfon həmçinin 100 lümen gücünə və 854x480 piksel təsvir ölçüsünə malik daxili proyektora malikdir.
WP100 Titan 200 MP əsas kamera, 20 MP infraqırmızı gecə görmə kamerası, 2 MP makro modul və 32 MP ön kamera ilə təchiz olunub. Cihaz Android 14 ilə işləyir, lakin Android 15-ə yenilənəcək. Android 16 dəstəyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.
İstehsalçının sözlərinə görə, qadcet gözləmə rejimində təxminən 160 gün işləyə bilər.
iPhone 16 Pro Max 4685 mAh akkumulyatora malikdir, yəni Oukitel-də yeddi dəfə çoxdur. Bundan əlavə, yeni məhsul 18 Vt gücündə naqil vasitəsilə digər cihazları dolduraraq enerji bankı kimi çıxış edə bilər.
Aytac