• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Aİ-nin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyəcək

Aİ-nin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyəcək
21.02.2025 19:08

Fevralın 24-də Avopa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq edəcəklər.Bu barədə Aİ nümayəndəsi bildirib.

Daha əvvəl yeni məhdudiyyətlər paketi çərçivəsində Rusiyanın ən azı 48 fiziki və 35 hüquqi şəxsinin sanksiyalar siyahısına daxil ediləcəyi bildirilmişdi.

Hüquqi şəxslərə qarşı sanksiyalara onların Aİ-dəki aktivlərinin dondurulması daxildir. Fiziki şəxslərin ittifaq dövlətlərinin ərazisinə girişinə qadağa qoyulacaq. Rusiyanın "kölgə donanması"na daxil olan 73 gəmiyə də sanksiyalar tətbiq ediləcək.

Bundan əlavə, Avropa İttifaqı Rusiyadan ilkin alüminium idxalını, Rusiyaya xrom və bir sıra kimyəvi maddələrin ixracını, Rusiyanın qaz və neft emalı zavodlarına texniki xidmət göstərilməsini, Rusiya hərbçiləri tərəfindən pilotsuz uçuş aparatlarının idarə edilməsi üçün istifadə olunan oyun konsollarının, joystiklərin və uçuş simulyatorlarının idarəedicilərinin üçüncü şəxslər vasitəsilə Rusiyaya satışını qadağan edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə ordusu daha 12 terrorçunu zərərsizləşdirib
Dünya 10:59
Türkiyə ordusu daha 12 terrorçunu zərərsizləşdirib
Rusiyanın iki hava limanında uçuşlar dayandırılıb
Dünya 10:23
Rusiyanın iki hava limanında uçuşlar dayandırılıb
HƏMAS israilli girov Bibasın cəsədini Qırmızı Xaça təhvil verib
Dünya 09:30
HƏMAS israilli girov Bibasın cəsədini Qırmızı Xaça təhvil verib
Tramp Baş Qərargah rəisini vəzifəsindən azad edib
Dünya 09:02
Tramp Baş Qərargah rəisini vəzifəsindən azad edib
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq
Dünya 08:47
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq
ABŞ qanunsuz miqrantları ölkə daxilindəki hərbi bazalara yerləşdirəcək
Dünya 08:44
ABŞ qanunsuz miqrantları ölkə daxilindəki hərbi bazalara yerləşdirəcək

Ukrayna ilə bağlı Avropa müdafiə nazirlərinin fövqəladə toplantısı keçiriləcək
Dünya
Dünya 23:30
Ukrayna ilə bağlı Avropa müdafiə nazirlərinin fövqəladə toplantısı keçiriləcək Dünya
Ukrayna məhkəməsi Zelenskinin sanksiyalarını qanunsuz hesab etdi
Dünya 23:04
Ukrayna məhkəməsi Zelenskinin sanksiyalarını qanunsuz hesab etdi
İsrail terror ocaqlarına qarşı əməliyyatlara başlayıb - Netanyahu
Dünya 22:55
İsrail terror ocaqlarına qarşı əməliyyatlara başlayıb - Netanyahu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol