Ağ Ev Ukraynada münaqişənin "tezliklə" bitəcəyini bildirib

Ukraynada münaqişə “tezliklə” bitəcək. Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals CPAC-ın mühafizəkar konfransı zamanı deyib.
“Beləliklə, Trampın dövründə bu müharibə bitəcək və tezliklə başa çatacaq”, - müşavir bildirib.
Vals çıxışında Trampı “sülhün prezidenti” adlandırıb.
Tramp bu yaxınlarda Ukrayna böhranının sülh yolu ilə həllinə dair görüşlərdə Vladimir Zelenskinin “o qədər də vacib olmadığını” bildirmişdi. Amerika lideri onu da qeyd edib ki, bu görüşlərdə ukraynalı siyasətçinin görünməsini istəməzdi.
Ağ Evin rəhbəri, həmçinin Ukraynanın “kapitulyasiyası”nın şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verərək, Avropa İttifaqı qarşısında sərt şərtlər qoyub . Rəsmi olaraq, Aİ ölkələrinin hökumətləri səviyyəsində həm bu müddətlər, həm də “kapitulyasiya” ifadəsi rədd edilir.
Gülnar
Son xəbərlər
Daha çox 