Sülhlə bağlı Zelenskinin görüşlərdə iştirakı vacib deyil - Tramp

Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə həsr olunmuş görüşlərdə Vladimir Zelenskinin iştirakı o qədər də vacib deyil. Bunu ABŞ prezidenti Donald Tramp Fox News radiosuna müsahibəsində deyib.
"Zelenski Səudiyyə Ərəbistanındakı görüşdə iştirak etmədiyindən şikayətlənir. 3 ildir ki, müxtəlif görüşlərdə iştirak edib və heç bir nəticə əldə etməyib. Deməli, açığını desəm, onun mövcudluğunun vacib olduğunu düşünmürəm",- ABŞ prezidenti bildirib.
O, Zelenskinin danışıqlar aparan şəxs kimi çox zəif çıxış etdiyi üçün görüşə dəvət olunmadığını vurğulayıb.
“Mən illərdir onun hərəkətlərini izləyirəm və onun kart oynamadan danışıqlar aparmasını müşahidə etmişəm”, – Tramp deyib.
Gülnar
Son xəbərlər
Daha çox 