Tramp Baş Qərargah rəisini vəzifəsindən azad edib

Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu vəzifəsindən azad etdiyini açıqlayıb.Bu barədə o, “Truth Social” hesabında paylaşım edib.
Tramp ona ölkə qarşısında 40 ildən artıq xidmətinə görə təşəkkür edib:
“General Brauna ölkəmizə göstərdiyi 40 ildən artıq xidmətinə görə təşəkkür edirəm. Ona və ailəsinə xoş gələcək arzulayıram”.
O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Den Razin Keynin bu vəzifəyə namizədliyini irəli sürdüyünü bildirib.
Son xəbərlər
Daha çox 