HƏMAS israilli girov Bibasın cəsədini Qırmızı Xaça təhvil verib

HƏMAS hərəkatı israilli girov Şiri Bibasın cənazəsini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.Bu barədə “Əl-Cəzira” telekanalı məlumat yayıb.
Kanalın mənbəsinin sözlərinə görə, qalıqların həkimlərə təhvil verilməsini HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşması həyata keçirib.
Məlumatı “Al Hadath” telekanalı da öz mənbələrinə istinadən yayıb.
HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 