Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib

Kaliforniya qubernatoru Qavin Nyusom, Los-Ancelesdə keçən ay baş verən dağıdıcı meşə yanğınlarından zərər görən əraziləri bərpa etmək üçün Konqresdən 40 milyard dollar yardım tələb edib.Bu barədə “The Washington Post“ məlumat yayıb.
Qubernator qeyd edib ki, Los-Ancelesdə baş verən dağıdıcı yanğınlardan sonra bərpa üçün ümumi bir yanaşma tələb olunacaq:
"Ona görə də Konqresdən Amerika xalqını dəstəkləməsini və kaliforniyalılara bərpa və yenidənqurma işlərini mümkün qədər tez başlamaq üçün fəlakət yardımı verməsini istəyirəm".
Son xəbərlər
Daha çox 