Tramp Rusiya "agenti"dir - Ukrayna ordusu

Ukrayna Silahlı Qüvvələri (AFU) ABŞ prezidenti Donald Trampın son açıqlamalarına görə onu Rusiyaya işləməkdə şübhəli bilir. Bu barədə Amerikanın CNN telekanalı adı açıqlanmayan ukraynalı hərbçiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Trampın Ukrayna ilə bağlı sülh planları barədə sözlərindən sonra özlərini xəyanətə uğramış hiss edirlər.
"O, Rusiyanın ən yaxşı agenti olsa, təəccüblənmərəm", - hərbçi deyib.
CNN qeyd edir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin Ukrayna ordusunda yüksək döyüş ruhu haqqında dediyi sözlərlə ziddiyyət təşkil edir.
Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bəyan etmişdi ki, ABŞ administrasiyasının Ukrayna ilə bağlı bəyanatlarında “Rusiya rəvayətləri güclüdür”.
Aytac