ABŞ-la növbəti görüş XİN vasitəsilə mümkün olacaq - Peskov

Rusiya və ABŞ arasında növbəti təmaslar XİN vasitəsilə ekspertlər səviyyəsində aparılacaq. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Növbəti təmaslar XİN-də, ekspertlər səviyyəsində planlaşdırılır, ona görə də sizə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı məsləhət görürəm", - Peskov jurnalistlərə Rusiya və ABŞ arasında Ər-Riyadda keçiriləcək danışıqların ikinci raundu ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əvvəl Rusiya ilə ABŞ xarici nümayəndələri arasında görüş bir neçə gün öncə Ər-Riyyada baş tutub.
Aytac
Son xəbərlər
Daha çox 