Avropa liderləri Ukrayna ilə bağlı razılığa gəliblər

Londonda Ukrayna məsələsinə həsr olunmuş Avropa liderlərinin sammiti keçirilib. Zirvəni təşkil edən Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, məqsəd “müharibənin dayandırılması planı” hazırlamaqdır. Bu barədə BBC məlumat yayıb.
Görüş iştirakçıları aşağıdakı dörd razılığa gəliblər:
1. Müharibə zamanı Ukraynaya hərbi yardım göstərməyə davam etmək və Rusiyaya iqtisadi təzyiqləri artırmaq.
2. İstənilən davamlı sülhün Ukraynanın suverenliyinə və təhlükəsizliyinə təminat verməsini və Ukraynanın danışıqlar masasında olmasını təmin etmək.
3. Sülh razılaşması olacağı təqdirdə, Avropa liderləri gələcəkdə Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almağa çalışacaqlar.
4. Ukraynanın müdafiəsi və ölkədə sülhün bərqərar olması üçün “istəklilər koalisiyası” yaradılsın.
Londonda keçirilən sammitin sonunda keçirilən mətbuat konfransında Starmer bildirib ki, liderlər ümumi plan üzərində işi davam etdirmək üçün yaxın gələcəkdə yenidən görüşmək barədə razılığa gəliblər.
Gülnar