Zelenski sülh istəmir - Peskov

Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evdəki sözləri Kiyevin sülh istəmədiyini və danışıqlara hazır olmadığını göstərib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Peskov hesab edir ki, Ukrayna münaqişəsinin həlli üçün təkcə Rusiya və ABŞ- ın səyləri yetərli deyil.
"Kiyev rejimi vəziyyəti danışıqlar yolu ilə həll etməkdən imtina edir", - Peskov vurğulayıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qeyd etmişdi ki, Zelenski Rusiya ilə danışıqlardan yayınır, çünki onların başlaması qaçılmaz olaraq ölkədə hərbi vəziyyətin ləğvi zərurətinə gətirib çıxaracaq. Bunun ardınca Ukraynada prezident seçkilərinin keçirilməsi zərurəti yaranacaq. Eyni zamanda, Putin Zelenskinin seçkilərdə qalib gəlmək şansının sıfır olduğunu vurğulayıb.
Aytac