Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib

ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib.Bu barədə xarici KİV xəbər verir.
Təbrikdə deyilir:
“Sizi mübarək Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dini azadlıqlar Amerika həyat tərzinin ayrılmaz hissəsidir. Biz dinc gələcək qurmaq və hər bir insanın ləyaqətini qorumaq öhdəliyimizi vurğulayırıq.Allah bu gözəl günlərdə sizə və ailələrinizə xeyir-dua versin".