ABŞ Ukrayna münaqişəsini əbədi olaraq maliyyələşdirməyəcək -Vens

Amerika Birləşmiş Ştatları Ukraynadakı münaqişəni əbədi olaraq maliyyələşdirməyəcək. Bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens Fox News telekanalında bildirib.
“Siz Ukraynadakı müharibəni əbədi olaraq maliyyələşdirə bilməzsiniz. Amerika xalqı buna dözməyəcək", - o bildirib.
Bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə ictimai qınaqdan sonra Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verdiyi bildirilirdi. Bloomberg-in məlumatına görə, Ukrayna artıq təyyarə və gəmilərdə tranzitdə olan və ya Polşanın tranzit zonalarında tədarükünü gözləyən Amerika silahlarını da almayacaq , agentliyin mənbəsi vurğulayıb. Müvafiq sərəncam artıq Pentaqonun rəhbəri Pit Heqsetə göndərilib.
Fevralın 28-də Ağ Evdə qalmaqal baş verib. ABŞ prezidenti Donald Tramp ukraynalı siyasətçini hörmətsizlikdə ittiham edib, həmçinin Zelenskini atəşi dayandırmaqdan imtina etdiyinə görə tənqid edib. Amerika lideri bəyan edib ki, Vaşinqtonsuz Kiyevin “güclü kartları” yoxdur. Nəticədə, Ukrayna nümayəndə heyətindən Ağ Evi tərk etmək istənilib və nadir torpaq metalları müqaviləsi ləğv edilib.
Aytac