Ermənistan Aİ-yə üzvlüklə bağlı qanunun müzakirəsini təxirə salır

Ermənistan parlamentinin müvafiq komitəsi ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı qanun layihəsinin ikinci oxunuşdan əvvəl müzakirəsini təxirə salıb. Bu barədə komissiyanın rəhbəri Arman Eqoyan məlumat verib.
“Qanun layihəsinin müzakirəsi texniki səbəblərə görə təxirə salınıb. Bizim bu məsələdə heç bir siyasi fikir ayrılığımız yoxdur", - o bildirib.
Qərar o deməkdir ki, qanun layihəsi parlamentin çərşənbə axşamı başlayacaq iclasında müzakirəyə çıxarılmayacaq.
Yanvarın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Avropa İttifaqı arasında yaxınlaşma ilə bağlı Rusiya ilə fikir ayrılıqlarının olduğunu etiraf edib.
Yanvarda Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib.
Gülnar
Son xəbərlər
Daha çox 