Mask Zelenskiyə hakimiyyətdən əl çəkməyi təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyətdən əl çəkməli və Ukraynanı tərk etməlidir. Bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask X sosial şəbəkə hesabında yazıb.
Fevralın 28-də Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.
Söhbət zamanı onların arasında mübahisə yaranıb, Tramp Zelenskiyə onun hörmətsiz münasibətini, ABŞ-ın vitse-prezidenti J.D.Vens isə Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib.
Aytac
Son xəbərlər
Daha çox 