İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

İran səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli məlumat verib.
O qeyd edib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdükləri iddialar gündəmə gətirilib.
Daha əvvəl Türkiyə XİN rəhbəri Hakan Fidan İranı Suriyada qeyri-sabitlik yaratmaq cəhdləri və PKK/YPG-yə dəstəyindən imtina etməyə səsləyib. Bu açıqlamadan sonra Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.