Aİ Maskın Starlink-i əvəz etməyə çalışır

Fransa-Britaniya qrupu Eutelsat öz OneWeb peyklərini amerikalı milyarder İlon Maskın Starlink peykləri ilə əvəz etmək üçün Avropa İttifaqı ilə danışıqlar aparır. Bu barədə martın Reuters məlumat yayıb.
Onun sözlərinə görə, Eutelsat-ın səhmləri son iki gündə üç dəfədən çox bahalaşıb və bazar kapitallaşmasını 1 milyard avrodan çox artırıb.
Eutelsat sözçüsü Reuters agentliyinə bildirib ki, şirkət regiondakı bəzi layihələr üçün uyğun olan geostasionar peyk imkanlarına malikdir.
“Biz Ukraynanın səylərini necə dəstəkləyə biləcəyimizə dair Aİ ilə fikir mübadiləsi aparırıq”, - məlumatda deyilir.
Aİ daha əvvəl Ukrayna ilə Govsatcom-dan Starlink-ə mümkün alternativ kimi istifadə imkanını müzakirə etmişdi.
Gülnar
Son xəbərlər
Daha çox 