Ukraynada Trampın adını daşıyan kafelərin adı dəyişdirilir

Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandırmaq qərarından sonra Kiyevin mərkəzində ABŞ prezidenti Donald Trampın adını daşıyan iki kafenin adı dəyişdiriləcək . Bu barədə Britaniyanın “The Sun” qəzeti yazır.
İndiyə qədər müəssisələr “Trump Coffee Bar” və “Trump Pizza Station” adlanırdı.
Müəssisələrin sahibinin ABŞ-ın Ukraynaya silah və kəşfiyyat məlumatları verməkdən imtina etməsindən qısa müddət sonra Trampın adının olduğu adın çıxarılmasına göstəriş verdiyi bildirilir.
Martın 4-də ABŞ Ukraynaya bütün hərbi yardımı, o cümlədən Polşadan tranzit keçən silahları dayandırıb. Qərar fevralın 28-də Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən gərgin görüşdən sonra verilib. Bu görüşdə Amerika lideri Ukrayna prezidentinin ABŞ-ın köməyinə görə təşəkkür etməməsindən narazılığını bildirib. Tramp bildirib ki, fasilə “Ukrayna liderləri sülhə səmimi sadiqlik nümayiş etdirənə qədər” davam edəcək.
Aytac