Tramp Maska dəstək üçün Tesla alacaq

ABŞ prezidenti Donald Tramp şirkətin sahibi İlon Maska dəstək olmaq üçün Tesla avtomobili alacağını bildirib. Bu barədə TASS məlumat yayıb.
“Sabah səhər mən İlon Maska inam və dəstək əlaməti olaraq tamamilə yeni Tesla alacağam. Nə üçün o, nəhəng səlahiyyətlərindən Amerikanın yenidən möhtəşəm olmasına kömək etmək üçün istifadə etdiyinə görə cəzalandırılmalıdır? — ABŞ prezidenti Truth sosial şəbəkəsində bildirib.
“The Independent” yazır ki, Maskın sərvəti onun avtomobil şirkətinin səhmlərinin düşməsindən sonra bir gündə 8,8 milyard dollar azalıb. Tesla səhmləri ABŞ prezidentinin Tesla üçün komponentlər də daxil olmaqla Kanadadan gələn mallara yeni tariflər tətbiq etməsindən sonra düşdü . Teslanın ikinci ən böyük bazarı olan Çindən gələn malların tarifləri də qaldırılıb.
Gülnar
Son xəbərlər
Daha çox 