HƏMAS İsraillə danışıqların yeni mərhələsini elan edib

Fələstin HƏMAS-ın sözçüsü Abdel Rəhman Şadid Qəzza zolağında atəşkəslə bağlı danışıqların yeni raundunun başladığını elan edərək, müsbət nəticəyə ümid etdiyini bildirib. Bu barədə RİA Novosti yazır.
Şadid vurğulayıb ki, hərəkat bu danışıqlara çox ciddi yanaşır və sülh sazişinin növbəti mərhələsi üzrə tamhüquqlu müzakirələrə keçməyə imkan verəcək mühüm irəliləyiş gözləyir.
Martın 9-da Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun sözçüsü Taher əl-Nunu Qəzza zolağında atəşkəsin birinci mərhələsi başa çatana qədər ABŞ- la danışıqların aparıldığını elan edib.
19 yanvar 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalı idi , yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməli idi. Şənbə günü, martın 2-də atəşkəsin birinci mərhələsi başa çatdı, lakin İsrail və HƏMAS hələ də ikinci barədə razılığa gələ bilməyiblər.
Gülnar
Son xəbərlər
Daha çox 