İran İsrailin Qəzzaya pilotsuz təyyarələrlə hücum etdiyini bildirib

İsrail qüvvələri Qəzza şəhərinə bir sıra pilotsuz təyyarələrlə zərbələr endirib. Bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.
Onun məlumatına görə, İsrail əsgərləri nəzarət-buraxılış məntəqələrinin açılmasına və Fələstin ərazilərinə humanitar yüklərin çatdırılmasına mane olur.
Martın əvvəlində İsrail əsgərləri Qəzza zolağına humanitar yardımın daşınmasını əngəlləyib və bütün keçidləri bağlayıb. Kan telekanalının məlumatına görə, bu, Fələstinin HƏMAS hərəkatının ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun nizamlama planını qəbul etməkdən imtina etməsi ilə bağlıdır.
Kan həmçinin bildirib ki, HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsini və bütün girovların azad edilməsini uzatmasa, İsrail Qəzza zolağında döyüşləri bərpa edəcək. Jurnalistlərin əllərində olan məlumata görə, İsrail tərəfi Qəzzaya humanitar yardımların girişini kəsməklə yanaşı , Fələstin hərəkatına təzyiqləri mərhələli şəkildə artırmağı planlaşdırır.
Gülnar