Kreml İrana qarşı sanksiyalardan danışıb

Rusiya İrana qarşı tətbiq edilən sanksiyaları qanunsuz hesab edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
“İran tərəfi heç vaxt öz ölkəsində öz istifadəsi üçün nüvə silahı əldə etmək niyyəti barədə bir kəlmə də deməyib. Ona görə də bu baxımdan bütün sanksiyalar, bütün məhdudiyyətlər bizim qavrayışımızda qanunsuzdur. Biz bu problemi həll etmək üçün diplomatik səyləri davam etdirməliyik", - Kreml sözçüsü bildirib.
Peskov qeyd edib ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin İrana qarşı sanksiyalarla bağlı bütün lazımi hesabatları alacaq. Onun sözlərinə görə, hazırda İranın nüvə probleminin sülh yolu ilə həlli yolları üçün aktiv axtarışlar aparılır.
Aytac