Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib

İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni rəsmi olaraq Kanadanın baş naziri kimi and içib.Bu barədə Kanada baş nazirinin saytında məlumat verilib.
Martın 9-da keçirilən səsvermədə Karni 85,9% səs toplayaraq ən yaxın rəqibi, keçmiş maliyyə naziri Kristia Friləndə qalib gəlib.
Karni yanvar ayında istefa verdiyini elan edən Baş nazir Castin Trüdonu əvəzləyir.
Oxşar xəbərlər
Oxşar xəbərlər