Rusiya təyyarələri Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub

Rusiya təyyarələri Yapon dənizi ərazisində Seul tərəfindən birtərəfli qaydada yaradılan hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, təyyarələr yerli vaxtla saat 09:20 radələrində (Moskva vaxtı ilə 03:20) əraziyə daxil olub və zonanı tərk edib.
Buna cavab olaraq Cənubi Koreya tərəfi döyüş təyyarələrini havaya qaldırıb.
Bununla belə, Seul Rusiya tərəfinin hava məkanını pozmaq niyyətində olmadığını açıqlayıb.
Son xəbərlər
Daha çox 