Hələb aeroportu yaxın günlərdə fəaliyyətini bərpa edəcək

Hələb Beynəlxalq Hava Limanı martın 18-də fəaliyyətini bərpa edəcək.Bu barədə Suriyanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, Hələb hava limanı bütün texniki və inzibati prosedurlar başa çatdıqdan sonra uçuşları qəbul etməyə hazırdır.
2024-cü il dekabrın 8-də Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya ilə beynəlxalq hava əlaqəsi yanvarın 7-də Dəməşq Beynəlxalq Hava Limanı vasitəsilə bərpa edilib. Suriyaya ilk kommersiya uçuşu Dohadan həyata keçirilib.
Son xəbərlər
Daha çox 