Tramp “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı bağlı fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp 7 federal qurumun ləğvi barədə fərman imzalayıb.Fərman Ağ Evin rəsmi saytında dərc edilib.
Həmin qurumlar arasında "Azadlıq Radiosu" və "Amerikanın Səsi"ni idarə edən Qlobal Media Agentliyi də yer alır.
Sənəddə qeyd olunub ki, qurumların rəhbərləri öz struktur funksiyaları və onlarla bağlı olan personalı qanunla müəyyən edilmiş minimum həddə qədər azaltmalıdır.
Tramp bu qərarı federal bürokratiyanın həcmini azaltmaq məqsədilə qəbul edib.
Son xəbərlər
Daha çox 