Durov Fransanı tərk edib - KİV

Teleqramın təsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edib.Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Məlumata görə, rusiyalı iş adamı Dubaya gedib.
Durov bir müddət əvvəl Fransada yaşayıb və ona qarşı başladılan istintaqla bağlı məhkəmə nəzarətində olub.
O, 2024-cü ilin avqustunda Parisin Le Burje hava limanında saxlanılıb,bir neçə gün həbs edilib, sonra 5 milyon avro girov və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi müqabilində sərbəst buraxılıb.
Son xəbərlər
Daha çox 