Tramp husilərə görə İranı hədələyib

ABŞ Prezidenti Donald Tramp husilərə görə İranı hədələyib.Bu barədə o, “Truth Social” hesabında yazıb.
Tramp husi hücumlarının arxasında İranın olduğunu iddia edib.
O bildirib ki, yeni hücumlar olacağı təqdirdə ABŞ yalnız üsyançılara zərbə endirməklə kifayətlənməyəcək.
“Heç kimin sizi aldatmasına imkan verməyin! Yəmən xalqının nifrət etdiyi husilərin, Yəməndə yaşayan şər quldurların həyata keçirdiyi yüzlərlə hücumlar İrandan qaynaqlanıb. Husilərin bundan sonrakı hər hansı hücumları və ya cavab hərəkətləri böyük güclə qarşılanacaq", - deyə Tramp qeyd edib.