Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb

Rusiyadan Gürcüstan ərazisi ilə Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Bu barədə “Qazprom" məlumat yayıb.
"Şimali Qafqaz-Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Suqaramo hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar martın 18-də saat 09:00-dan 18:00-dək Ermənistana qaz təchizatı müvəqqəti dayandırılıb. Göstərilən müddət ərzində Ermənistanda istehlakçılara təbii qazın fasiləsiz və etibarlı təchizatı təmin olunacaq, əlavə olaraq təbii qazın nəqli və daxili qazın həcminə məhdudiyyət qoyulmayacaq" şirkətdən bildirilib.
“Qazprom Ermənistan” QSC Rusiyanın “Qazprom” enerji holdinqinin 100% törəmə şirkətidir. O, Rusiyadan Ermənistana (daxili istehlak üçün) təbii qazın tədarükçüsüdür və Gürcüstan ərazisindən tranzitlə nəql olunur.
Gülnar
Son xəbərlər
Daha çox 