Tramp və Putin arasında telefon danışığı bitib - YENİLƏNİB

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb, Ağ Ev rəsmisi çərşənbə axşamı bildirib.
Daha əvvəl Ağ Evin administrasiya rəhbərinin müavini Dən Skavino zəngin şərq vaxtı ilə saat 10:00-da (GMT 14:00) başladığını və uğurla davam etdiyini bildirmişdi.
Rusiya dövlət xəbər agentliyi TASS da iki lider arasında söhbətin başa çatdığını təsdiqləyib.
----------
19.15
ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı başlayıb.Bunu Ağ Evin aparat rəhbərinin müavini Den Skavino deyib.
O qeyd edib ki, söhbət bir saatdan artıqdır, davam edir.